Azərbaycan əczaçılıq məhsulların idxalına çəkdiyi xərci 11 %-dən çox artırıb

Biznes
  • 26 fevral, 2022
  • 09:04
Azərbaycan əczaçılıq məhsulların idxalına çəkdiyi xərci 11 %-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycan 46,794 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 4,836 milyon ABŞ dolları (11,5 %) çoxdur.

Yanvar ayı ərzində Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 151 min ABŞ dolları olub. Ötən ilin eyni dövründə əczaçılıq məhsulları ixrac edilməyib.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,8 %-ni, ixrac isə ümumi ixracın 0 %-ni təşkil edib.

44 filmi