Azərbaycan düyü idxalını 6 % artırıb

Biznes
  • 06 yanvar, 2024
  • 10:00
Azərbaycan düyü idxalını 6 % artırıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 50 min 959 ton düyü idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 46 milyon 378 min ABŞ dolları olub.

Bunlar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 769 ton (5,7 %), dəyər baxımından isə 5 milyon 669 min ABŞ dolları (13,9 %) çoxdur.

11 ay ərzində düyü idxalına çəkdiyi xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.