Azərbaycan Danimarkadan skumbriya balığının alışını bərpa edib
- 19 mart, 2024
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 6,55 milyon ABŞ dolları dəyərində 3 min 509 ton skumbriya balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 29 % çoxdur.
Hesabat dövründə Azərbaycan İslandiyadan 3,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 99 % çoxdur) 1 min 906 ton (+87 %), Qrenlandiyadan 2 milyon ABŞ dolları dəyərində (+19 %) 1 min 199 ton (+20 %), Norveçdən 373 min ABŞ dolları dəyərində (-5 %) 162 ton (-25 %), Rusiyadan 239 min ABŞ dolları dəyərində (-22 %) 97 ton (-49 %), Farer adalarından 121 min ABŞ dolları dəyərində (-48 %) 49 ton (-51 %) məhsul alıb.
Azərbaycan 4 il 4 aylıq fasilənin ardından Danimarkadan (105 min ABŞ dolları dəyərində 41,34 ton) skumbriya balığının tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana 8 ölkədən idxal edilən 2 min 727 ton skumbriya balığının 37,4 %-i İslandiyanın, 36,6 %-i Qrenlandiyanın, 8 %-i Norveçin, 7 %-i Rusiyanın payına düşüb.