Azərbaycan daha üç ölkəyə qurudulmuş alma ixrac etməyə başlayıb

Biznes
  • 10 yanvar, 2023
  • 12:22
Azərbaycan daha üç ölkəyə qurudulmuş alma ixrac etməyə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 182 min ABŞ dolları dəyərində 121,9 ton qurudulmuş alma ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Rusiyaya 181 min ABŞ dolları dəyərində 121,9 ton (bir il əvvəl tədarük olmayıb), Polşaya 0,4 min ABŞ dolları dəyərində 0,03 ton, Yaponiyaya 0,3 min ABŞ dolları dəyərində 0,05 ton və Qətərə 0,2 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətər, Polşa və Yaponiyaya tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycana 52 min ABŞ dolları dəyərində (+10 %) 15,65 ton (-45 %) qurudulmuş alma gətirilib.

Çindən 34 min ABŞ dolları dəyərində (+3 dəfə) 8 ton (+2,7 dəfə), Türkiyədən 13 min ABŞ dolları dəyərində (+87 %) 6 ton (+2,4 dəfə), İrandan 5 min ABŞ dolları dəyərində (+2,2 %) 1,65 ton (+2,4 dəfə) və Almaniyadan 0,2 min ABŞ dolları dəyərində (-17,4 %) 0,01 ton (dəyişməyib) məhsul alınıb.

2021-ci ildə Azərbaycanın xaricə (3 ölkəyə) satdığı 41 ton qurudulmuş almanın 99,85%-i Qazaxıstanın payına düşüb.