Azərbaycan daha üç ölkədən antifriz almağa başlayıb

Biznes
  • 19 dekabr, 2022
  • 06:04
Azərbaycan daha üç ölkədən antifriz almağa başlayıb

Bu ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 3,998 milyon ABŞ dolları dəyərində 2 min 846 ton antifriz gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,1 %, kəmiyyət olaraq – 23,7 % azdır.

Hesabat dövründə Rusiyadan 1,04 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40,6 % azalıb) 1 min 072 ton (-49,5 %), Türkiyədən 983,21 min ABŞ dolları dəyərində (+98,2 %) 601,61 ton (+92 %), Almaniyadan 658,43 min ABŞ dolları dəyərində (-11 %) 258,9 ton (-22,5 %), Ukraynadan 376,15 min ABŞ dolları dəyərində (+6,5 %) 413,93 ton (-23 %), Belçikadan 319,4 min ABŞ dolları dəyərində (+33 %) 122,19 ton (-1,6 %) məhsul idxal edilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliya, Rumıniya və Xorvatiyadan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 6,45 min ABŞ dolları dəyərində 0,5 ton, 0,03 min ABŞ dolları dəyərində 0,02 ton və 34,82 min ABŞ dolları dəyərində 10 ton antifriz alınıb.

44 - Tezliklə