Azərbaycan daha iki ölkəyə qurudulmuş alma tədarükünə başlayıb
- 15 oktyabr, 2022
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 7 ayında Azərbaycan 138,84 min ABŞ dolları dəyərində 84,89 ton qurudulmuş alma ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20,4 dəfə, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.
Rusiyaya 138,39 min ABŞ dolları dəyərində 84,86 ton (bir il əvvəl tədarük olmayıb), Polşaya 0,42 min ABŞ dolları dəyərində 0,03 ton və Yaponiyaya 0,03 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşa və Yaponiyaya tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycana 37,59 min ABŞ dolları dəyərində (-1,1 %) 10,67 ton (-58,9 %) qurudulmuş alma gətirilib.
Çindən 33,96 min ABŞ dolları dəyərində (+9,6 dəfə) 8 ton (+8 dəfə), Türkiyədən 3,28 min ABŞ dolları dəyərində (-52,8 %) 2,62 ton (+6,5 %), Almaniyadan 0,19 min ABŞ dolları dəyərində (-9,5 %) 0,01 ton (dəyişməyib) və İrandan 0,17 min ABŞ dolları dəyərində (-66 %) 0,04 ton (-83,3 %) məhsul alınıb.
Qeyd edək ki, ötən il Azərbaycanın xaricə (3 ölkəyə) satdığı 40,96 ton qurudulmuş almanın 99,85 Qazaxıstanın payına düşüb.