Azərbaycan daha iki ölkəyə pomidor ixrac etməyə başlayıb
- 23 dekabr, 2022
- 06:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 137,1 milyon ABŞ dolları dəyərində 114 min 908 ton pomidor ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,8 % çoxdur, kəmiyyət olaraq – 4,5 % azdır.
Rusiyaya 132,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 111 min 963 ton (-3,3 %), Belarusa 3,9 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 2 min 249 ton (+3 dəfə), Polşaya 239 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 162 ton (+2,3 dəfə), Ukraynaya 224 min ABŞ dolları dəyərində (-66,3 %) 294,2 ton (-80 %), Birləşmiş Ərəb Əmirliklərinə 59 min ABŞ dolları dəyərində (-74,1 %) 79,9 ton (-90,8 %) məhsul göndərilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvaya və Slovakiyaya tədarük həyata keçirilib. Həmin ölkələrə müvafiq olaraq 6,9 min ABŞ dolları dəyərində 17,2 ton və 6 min ABŞ dolları dəyərində 17,5 ton pomidor satılıb.