Azərbaycan daha iki ölkəyə ətir ixracına başlayıb

Biznes
  • 27 dekabr, 2022
  • 13:16
Azərbaycan daha iki ölkəyə ətir ixracına başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 19,1 milyon ABŞ dolları dəyərində 1 min 019 ton ətir və tualet suyu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,4 % çoxdur, kəmiyyət olaraq – 1,5 % azdır.

Fransadan 7,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,8 % çoxudur) 76,9 ton (+7 %), Rusiyadan 2 milyon ABŞ dolları dəyərində (+1 %) 161,2 ton (-25 %), İspaniyadan 1,6 milyon ABŞ dolları dəyərində (+32,3 %) 28,8 ton (+12 %), İtaliyadan 1,55 milyon ABŞ dolları dəyərində (-17 %) 25,9 ton (+1 %), Polşadan 1,3 milyon ABŞ dolları dəyərində (-43,5 %) 82,3 ton (-42 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycandan 2,9 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 28,85 ton (+93 %) ətir və tualet suyu ixrac edilib.

Birləşmiş Ərəb Əmirliklərinə 1,8 milyon ABŞ dolları dəyərində (+4,3 dəfə) 16,9 ton (+3,4 dəfə), Amerika Birləşmiş Ştatlarına 946 min ABŞ dolları dəyərində 6,1 ton (bir il əvvəl tədarük olmayıb), Qırğızıstana 51 min ABŞ dolları dəyərində 1,3 ton (2 il 8 aydan sonra bərpa edilib), Küveytə 35 min ABŞ dolları dəyərində (+32 dəfə) 2,6 ton (+66 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 17 min ABŞ dolları dəyərində (+17 dəfə) 0,09 ton (+9 dəfə) məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyaya və Türkmənistana tədarük həyata keçirilib. Həmin ölkələrə müvafiq olaraq 0,7 min ABŞ dolları dəyərində 0,3 ton və 1,4 min ABŞ dolları dəyərində 0,7 ton ətir göndərilib.

44 - Tezliklə