Azərbaycan daha iki ölkəyə elektrik naqillərinin ixracına başlayıb
- 16 mart, 2023
- 11:26
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycana xaricdən 43,6 milyon ABŞ dolları dəyərində 4 min 861 ton elektrik naqilləri (1000 V-dan çox olmayan/çox gərginlik üçün) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 14 % azdır.
Türkiyədən 16,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10,1 % çoxdur) 2 min 261 ton (-2 %), Çindən 6,6 milyon ABŞ dolları dəyərində (+48 %) 976 ton (+31 %), Rusiyadan 3,7 milyon ABŞ dolları dəyərində (-20 %) 383 ton (-52 %), Britaniyadan 3,6 milyon ABŞ dolları dəyərində (-30 %) 97 ton (-69 %), Amerika Birləşmiş Ştatlarından 2,9 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 53 ton (+4 dəfə) məhsul alınıb.
Hesabat dövründə Azərbaycandan 9,8 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 2 min 580 ton (+3,6 dəfə) elektrik naqili ixrac edilib.
Türkmənistana 2,8 milyon ABŞ dolları dəyərində (+16,5 min dəfə) 947 ton (+94,7 min dəfə), Gürcüstana 1,9 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 541 ton (+70 %), Belarusa 1,9 milyon ABŞ dolları dəyərində 502 ton, Ukraynaya 1,2 milyon ABŞ dolları dəyərində (+75 %) 278 ton (+2,9 dəfə), Qazaxıstana 1 milyon ABŞ dolları dəyərində (-45 %) 142,4 ton (-37 %) məhsul göndərilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyaya (25,2 min ABŞ dolları dəyərində 1,1 ton) və Toqoya (185,2 min ABŞ dolları dəyərində 64 ton) tədarük həyata keçirilib.