Azərbaycan daha iki ölkəyə dəftər tədarük etməyə başlayıb
- 12 sentyabr, 2022
- 05:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana 343,1 min ABŞ dolları dəyərində 175 ton dəftər (kağız və kartondan) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26,6 %, kəmiyyət olaraq – 3 % çoxdur.
Rusiyadan 255,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 73,5 % çoxdur) 129,9 ton (+33 %), Çindən 59 min ABŞ dolları dəyərində (+2,4 %) 36,25 ton (+82 %), Türkiyədən 20 min ABŞ dolları dəyərində (-78,5 %) 4,6 ton (-90,8 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 3,2 min ABŞ dolları dəyərində 2,1 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 2,9 min ABŞ dolları dəyərində (+48 %) 1,3 ton (+17,5 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycandan xaricə 0,8 min ABŞ dolları dəyərində 0,3 ton dəftər göndərilib ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 4,5 dəfə və 61,1 % çoxdur.
Türkiyəyə 0,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 dəfə çoxdur) 0,03 ton (-66,7 %), BƏƏ-yə 0,2 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb), Koreyaya 0,1 min ABŞ dolları dəyərində 0,07 ton, Anqolaya 0,1 min ABŞ dolları dəyərində 0,05 ton və Qanaya 0,1 min ABŞ dolları dəyərində 0,04 ton məhsul satılıb.
Üç il 10 aylıq aradan sonra Anqola Azərbaycandan dəftər alışını bərpa edib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qana və Koreyaya tədarük həyata keçirilib.