Azərbaycan daha iki ölkədən zərgərlik məmulatlarının idxalına başlayıb

Biznes
  • 05 oktyabr, 2022
  • 13:29
Azərbaycan daha iki ölkədən zərgərlik məmulatlarının idxalına başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12,282 milyon ABŞ dolları dəyərində 1 268 kiloqram zərgərlik məmulatları (gümüşdən və digər qiymətli metallardan) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,3 %, kəmiyyət olaraq – 13,3 % çoxdur.

Hesabat dövründə İtaliyadan 6,048 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,1 % çoxdur) 40,72 kiloqram (-23,5 %), İsveçrədən 1,252 milyon ABŞ dolları dəyərində (-21,6 %) 6,51 kiloqram (+26,9 %), Türkiyədən 921,92 min ABŞ dolları dəyərində (+11,4 %) 622,1 kiloqram (+38,2 %), Amerika Birləşmiş Ştatlarından 685,77 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 3,54 kiloqram (+8,6 %), Fransa 515,02 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 404,21 kiloqram (+68 %) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından və Dominikandan tədarük həyata keçirilib. Həmin ölkədən müvafiq olaraq 7,26 min ABŞ dolları dəyərində 0,24 kiloqram və 3,66 min ABŞ dolları dəyərində 0,06 kiloqram zərgərlik məmulatları idxal edilib.