Azərbaycan daha iki ölkədən zəncəfil idxal etməyə başlayıb
- 12 dekabr, 2022
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 655 min ABŞ dolları dəyərində 304,3 ton zəncəfil gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37 % çoxdur, kəmiyyət olaraq – 13 % azdır.
Hesabat dövründə Çindən 431 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 209,5 ton (+47 %), Braziliyadan 115,2 min ABŞ dolları dəyərində (-29 %) 57,9 ton (-56,4 %), Hindistandan 62 min ABŞ dolları dəyərində (-7 %) 24 ton (-41 %), İrandan 24,2 min ABŞ dolları dəyərində (+52,2 %) 9,7 ton (+59 %), Türkiyədən 16 min ABŞ dolları dəyərində (+9,5 %) 1,7 ton (-30 %) məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) tədarük həyata keçirilib. Həmin ölkələrdən 0,5 min ABŞ dolları dəyərində 0,02 ton və BƏƏ-dən 0,3 min ABŞ dolları dəyərində 0,1 ton ədviyyat alınıb.