Azərbaycan daha iki ölkədən suxarı tədarük etməyə başlayıb
- 12 oktyabr, 2022
- 05:33
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycana xaricdən 761,1 min ABŞ dolları dəyərində 400,14 ton suxarı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 42,8 % çoxdur.
Rusiyadan 378,56 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29,1 % çoxdur) 200,39 ton (+6,8 %), Türkiyədən 209,96 min ABŞ dolları dəyərində (+30,2 %) 76,26 ton (+36 %), Ukraynadan 72,63 min ABŞ dolları dəyərində (+25 %) 32,13 ton (-6 %), İrandan 66,62 min ABŞ dolları dəyərində 82,96 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 21,76 min ABŞ dolları dəyərində 6,18 ton məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-dən və Norveçdən tədarük həyata keçirilib. Norveçdən 0,32 min ABŞ dolları dəyərində 0,02 ton suxarı idxal edilib.
Hesabat dövründə Azərbaycan 141,7 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 51,38 ton (+3,4 dəfə) suxarı ixrac edib.
Moldovaya 78,1 min ABŞ dolları dəyərində 26,72 ton, Qazaxıstana 60,51 min ABŞ dolları dəyərində (+88,5 %) 23,1 ton (+93 %) və Gürcüstana 3,15 min ABŞ dolları dəyərində (-47 %) 1,62 ton (-45,5 %) məhsul satılıb.
Bu il son 11 ildə ilk dəfə olaraq Moldovaya tədarük həyata keçirilib.