Azərbaycan daha iki ölkədən makaron idxal etməyə başlayıb

Biznes
  • 20 dekabr, 2022
  • 05:42
Azərbaycan daha iki ölkədən makaron idxal etməyə başlayıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xaricdən 16,932 milyon ABŞ dolları dəyərində 13 min 704 ton makaron məmulatları (kuskusdan başqa) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,3 %, kəmiyyət olaraq – 2,4 % çoxdur.

Hesabat dövründə Türkiyədən 8,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 % çoxdur) 9 min 511 ton (+2,7 %), Rusiyadan 6,739 milyon ABŞ dolları dəyərində (+46,3 %) 3 min 208 ton (-0,2 %), Ukraynadan 531,72 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 237,65 ton (+2,5 dəfə), Qırğızıstandan 465,34 min ABŞ dolları dəyərində 265,42 ton, İtaliyadan 449,51 min ABŞ dolları dəyərində (+5,4 %) 235,8 ton (-6 %) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstan və Estoniyadan tədarük həyata keçirilib. Azərbaycan Estoniyadan 2,56 min ABŞ dolları dəyərində 0,79 ton makaron alıb.