Azərbaycan daha bir ölkəyə zəfəran tədarük etməyə başlayıb
- 14 mart, 2025
- 14:47
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 96,3 min ABŞ dolları dəyərində 0,2 ton zəfəran ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 97 %, kəmiyyət olaraq – 3,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Səudiyyə Ərəbistanına 78,4 min ABŞ dolları dəyərində 0,14 ton (5 ildən sonra tədarük bərpa edilib), Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 14,4 min ABŞ dolları dəyərində (-33 %) 0,04 ton (-33 %), Birləşmiş Ərəb Əmirliklərinə 3,4 min ABŞ dolları dəyərində (+1,2 %) 0,01 ton (dəyişməyib) və Özbəkistana 0,1 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana tədarük həyata keçirilib.