Azərbaycan daha bir ölkəyə viski ixracına başlayıb

Biznes
  • 03 oktyabr, 2022
  • 12:28
Azərbaycan daha bir ölkəyə viski ixracına başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 3,381 milyon ABŞ dolları dəyərində 8,04 min dekalitr viski gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 61,6 %, kəmiyyət olaraq – 21 % çoxdur.

Böyük Britaniyadan 2,375 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86,6 % çoxdur) 5,03 min dekalitr (+9,6 %), İrlandiyadan 606,45 min ABŞ dolları dəyərində (+44 %) 2,04 min dekalitr (+61,3 %), Amerika Birləşmiş Ştatlarından 301,8 min ABŞ dolları dəyərində (+8,6 %) 0,78 min dekalitr (+6,8 %), Almaniyadan 28,96 min ABŞ dolları dəyərində (-22 %) 0,05 min dekalitr (+25 %), Yaponiyadan 21,99 min ABŞ dolları dəyərində (-21,4 %) 0,01 min dekalitr (dəyişməyib) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 51,11 min ABŞ dolları dəyərində (-61,3 %) 0,41 min dekalitr (-89,3 %) viski ixrac edib.

Beninə 40,91 min ABŞ dolları dəyərində (+5,1 dəfə) 0,36 min dekalitr (+3 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 4,38 min ABŞ dolları dəyərində 0,02 min dekalitr, İraqa 4,06 min ABŞ dolları dəyərində 0,02 min dekalitr və Ukraynaya 1,76 min ABŞ dolları dəyərində (-73,3 %) 0,02 min dekalitr (-71,4 %) məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqa tədarük həyata keçirilib.