Azərbaycan daha bir ölkəyə üzüm tədarük etməyə başlayıb

Biznes
  • 19 dekabr, 2024
  • 09:26
Azərbaycan daha bir ölkəyə üzüm tədarük etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 4,9 milyon ABŞ dolları dəyərində 5 ton üzüm (təzə) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 43 % azdır.

Hesabat dövründə Rusiyaya 4,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 39 % azdır) 4 min 380 ton (-45 %), Belarusa 439 min ABŞ dolları dəyərində (+4 dəfə) 388 ton (+4 dəfə), Türkiyəyə 69,2 min ABŞ dolları dəyərində 126 ton, İraqa 32,3 min ABŞ dolları dəyərində (+33 %) 43 ton (+34 %), Birləşmiş Ərəb Əmirliklərinə 26,1 min ABŞ dolları dəyərində (+4 %) 20,1 ton (-51 %) məhsul göndərilib.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyəyə tədarük həyata keçirilib.