Azərbaycan daha bir ölkəyə un tədarük etməyə başlayıb

Biznes
  • 14 fevral, 2025
  • 13:15
Azərbaycan daha bir ölkəyə un tədarük etməyə başlayıb

2024-cü ildə Azərbaycan xarici ölkələrdən 6,4 milyon ABŞ dolları dəyərində 21 427 ton un (buğda və ya buğda-çovdar, qarğıdalı, digər dənlilərin) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 70 %, kəmiyyət olaraq – 71 % azdır.

Azərbaycan Rusiyadan 6,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 71 % azdır) 21 232 ton (-71 %), Türkiyədən 198 min ABŞ dolları dəyərində (-20 %) 133 ton (-36 %), Fransadan 33,5 min ABŞ dolları dəyərində (+60 %) 23,7 ton (+85 %), İtaliyadan 22,6 min ABŞ dolları dəyərində (-40 %) 11 ton (-35 %), Birləşmiş Ərəb Əmirliklərindən 10,5 min ABŞ dolları dəyərində (+52 %) 7,54 ton (+54 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 42 min ABŞ dolları dəyərində (-5 %) 189 ton (+89 %) un ixrac edib.

Azərbaycan İraqa 25,3 min ABŞ dolları dəyərində 125 ton (4 il 3 aydan sonra tədarük bərpa edilib), Gürcüstana 16,45 min ABŞ dolları dəyərində 63,2 ton (5 il 1 aylıq aradan sonra) və Liviyaya 0,2 min ABŞ dolları dəyərində 0,5 ton məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Liviyaya tədarük həyata keçirilib.