Azərbaycan daha bir ölkəyə taxta-şalban ixracına başlayıb

Biznes
  • 02 noyabr, 2022
  • 09:58
Azərbaycan daha bir ölkəyə taxta-şalban ixracına başlayıb

Bu ilin ilk 8 ayında Azərbaycana 4,525 milyon ABŞ dolları dəyərində 4 min 628 ton taxta-şalban idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 26,6 % azdır.

Rusiyadan 1,41 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27,3 % azdır) 1 min 952 ton (-34,5 %), Belarusdan 1,158 milyon ABŞ dolları dəyərində (+32 %) 1 min 223 ton (+19,4 %), Çindən 896,28 min ABŞ dolları dəyərində (+64 %) 627,46 ton (+34 %), Ukraynadan 518,53 min ABŞ dolları dəyərində (-46,5 %) 580,43 ton (-60 %), İndoneziyadan 268,2 min ABŞ dolları dəyərində (-32,7 %) 161,73 ton (-23 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycandan 77,69 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 122,47 ton (+5,1 dəfə) taxta-şalban ixrac edilib.

Türkiyəyə 72,59 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 110,48 ton (+5,3 dəfə), Rusiyaya 5,01 min ABŞ dolları dəyərində 11,97 ton və Gürcüstana 0,1 min ABŞ dolları dəyərində (-9,1 %) 0,02 ton (-77,8 %) məhsul satılıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rusiyaya tədarük həyata keçirilib.

44 - Tezliklə