Azərbaycan daha bir ölkəyə şərab ixrac etməyə başlayıb

Biznes
  • 05 iyun, 2023
  • 10:31
Azərbaycan daha bir ölkəyə şərab ixrac etməyə başlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xaricə 1,37 milyon ABŞ dolları dəyərində 72,43 min dekalitr üzüm şərabı satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,2 dəfə, kəmiyyət olaraq – 2,9 dəfə çoxdur.

Azərbaycan Rusiyaya 1,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,5 dəfə çoxdur) 68,4 min dekalitr (+3,8 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 62,45 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 0,59 min dekalitr (+90,3 %), Belarusa 28,84 min ABŞ dolları dəyərində (-44 %) 1,25 min dekalitr (-37 %), Latviyaya 22,4 min ABŞ dolları dəyərində (+9,2 %) 1,1 min dekalitr (+2,8 %), Yaponiyaya 14,51 min ABŞ dolları dəyərində (-11 %) 0,11 min dekalitr (-78 %) məhsul göndərib.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqa (3,11 min ABŞ dolları dəyərində 0,26 min dekalitr) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (24 ölkəyə) ixrac edilən 300 min dekalitr şərabın 90,3 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə