Azərbaycan daha bir ölkəyə rezin boru və şlanq satmağa başlayıb

Biznes
  • 28 oktyabr, 2024
  • 05:46
Azərbaycan daha bir ölkəyə rezin boru və şlanq satmağa başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 528 min ABŞ dolları dəyərində 20 ton rezindən boru və şlanq ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,4 dəfə, kəmiyyət olaraq – 77 % çoxdur.

Azərbaycan Norveçə 431,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 539 dəfə çoxdur) 11,61 ton (+194 dəfə), İraqa 27,3 min ABŞ dolları dəyərində 4,2 ton, Amerika Birləşmiş Ştatlarına 20,3 min ABŞ dolları dəyərində (-26 %) 1,3 ton (+7 dəfə), Ukraynaya 14,2 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb), Böyük Britaniyaya 12,7 min ABŞ dolları dəyərində (-29 %) 0,7 ton (+89 %) məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqa tədarük həyata keçirilib.