Azərbaycan daha bir ölkəyə propilen ixrac etməyə başlayıb
- 16 dekabr, 2022
- 12:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 39,85 milyon ABŞ dolları dəyərində 26 min 169 ton propilen göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,8 % azdır, kəmiyyət olaraq – 14 % çoxdur.
Rusiyaya 36,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,9 % çoxdur) 24 min 243 ton (+26 %), Türkiyəyə 2,3 milyon ABŞ dolları dəyərində (+10,2 %) 1 min 592 ton (+5,3 %), Belarusa 407 min ABŞ dolları dəyərində (-87,6 %) 233,75 ton (-86,7 %), Braziliyaya 316 min ABŞ dolları dəyərində 80 ton, Özbəkistana isə 29 min ABŞ dolları dəyərində 20 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Braziliyaya tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycana 4,1 milyon ABŞ dolları dəyərində (+13,4 %) 1 min 594 ton propilen (-12,5 %) idxal edilib.
Yaponiyadan 1,1 milyon ABŞ dolları dəyərində (+19 dəfə) 270 ton (+12 dəfə), Səudiyyə Ərəbistanından 1 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 560,25 ton (+2,3 dəfə), Sinqapurdan 729 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 208,5 ton (+47,2 %), Türkiyədən 515 min ABŞ dolları dəyərində (-35,7 %) 191,2 ton (-42,1 %), Koreyadan 309 min ABŞ dolları dəyərində (-73 %) 164,5 ton (-77 %) məhsul gətirilib.