Azərbaycan daha bir ölkəyə pomidor tədarük etməyə başlayıb

Biznes
  • 13 fevral, 2025
  • 14:00
Azərbaycan daha bir ölkəyə pomidor tədarük etməyə başlayıb

2024-cü ildə Azərbaycan 175,4 milyon ABŞ dolları dəyərində 145 603 ton pomidor ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 8,3 %, kəmiyyət olaraq – 3,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 168,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 8 % çoxdur) 141 815 ton (+3,7 %), Belarusa 5,1 milyon ABŞ dolları dəyərində (+58 %) 2 367 ton (+66 %), Polşaya 844 min ABŞ dolları dəyərində (-50 %) 554 ton (-52 %), Gürcüstana 360 min ABŞ dolları dəyərində (+10 dəfə) 563 ton (+6 dəfə), Qətərə 184 min ABŞ dolları dəyərində (+142 dəfə) 171 ton (+342 dəfə) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsrailə tədarük (18 min ABŞ dolları dəyərində 20 ton) həyata keçirilib.

2023-cü ildə Azərbaycandan 12 ölkəyə ixrac edilmiş 141 min ton pomidorun 97,8 %-i Rusiyanın payına düşüb.