Azərbaycan daha bir ölkəyə pambıq ipliyi satmağa başlayıb

Biznes
  • 29 dekabr, 2024
  • 08:12
Azərbaycan daha bir ölkəyə pambıq ipliyi satmağa başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 25,2 milyon ABŞ dolları dəyərində 10 min 208 ton pambıq iplik göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 4,6 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 17,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % azdır) 6 min 583 ton (-14 %), Rusiyaya 7,9 milyon ABŞ dolları dəyərində (+50 %) 3 min 619 ton (+76 %) və İraqa 0,6 min ABŞ dolları dəyərində 0,1 ton məhsul satılıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqa tədarük həyata keçirilib.