Azərbaycan daha bir ölkəyə badam satmağa başlayıb
- 10 iyul, 2025
- 14:09
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 1,9 milyon ABŞ dolları dəyərində 649 ton badam göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində və kəmiyyət olaraq – 4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 729 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 dəfə çox) 132 ton (+5 dəfə), Özbəkistana 544 min ABŞ dolları dəyərində (+41 %) 308 ton (+2 dəfə), Türkiyəyə 398 min ABŞ dolları dəyərində 126 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyaya 104 min ABŞ dolları dəyərində 24 ton, Gürcüstana 102 min ABŞ dolları dəyərində 59 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İtaliyaya tədarük həyata keçirilib.