Azərbaycan daha bir ölkədən zərgərlik məmulatları almağa başlayıb

Biznes
  • 28 fevral, 2025
  • 17:37
Azərbaycan daha bir ölkədən zərgərlik məmulatları almağa başlayıb

2024-cü ildə Azərbaycan 43,7 milyon ABŞ dolları dəyərində 3 366 kiloqram zərgərlik məmulatları (gümüş və digər qiymətli metallardan) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 7,6 %, kəmiyyət olaraq – 3,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyadan 21,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 13 % çox) 82,5 kiloqram (-3,4 %), İsveçrədən 4,9 milyon ABŞ dolları dəyərində (+11 %) 25,1 kiloqram (+19 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2,5 milyon ABŞ dolları dəyərində (-9 %) 21,3 kiloqram (-4 %), Hindistandan 2,45 milyon ABŞ dolları dəyərində (+65 %) 30,8 kiloqram (+2,4 dəfə), Türkiyədən 2,35 milyon ABŞ dolları dəyərində (-29 %) 1 499 kiloqram (-0,2 %) məmulat alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Livandan tədarük (7,3 min ABŞ dolları dəyərində 0,35 kiloqram) həyata keçirilib.

44 - Tezliklə