Azərbaycan daha bir ölkədən yoğurt tədarük etməyə başlayıb
- 05 noyabr, 2022
- 05:44
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 8 ayı ərzində Azərbaycana xaricdən 3,421 milyon ABŞ dolları dəyərində 2 min 334 ton yoğurt gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 2,5 % çoxdur.
Hesabat dövründə Rusiyadan 2,256 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27,3 % çoxdur) 1 min 613 ton (+2,2 %), Belarusdan 718,82 min ABŞ dolları dəyərində (+26 %) 514,67 ton (+18 %), Türkiyədən 157,03 min ABŞ dolları dəyərində (+31,4 dəfə) 93,2 ton (+31 dəfə), Qazaxıstandan 122,82 min ABŞ dolları dəyərində (-64,6 %) 61,03 ton (-70 %), Latviyadan 75,98 min ABŞ dolları dəyərində (-18,3 %) 31,32 ton (-18,4 %) məhsul alınıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan tədarük həyata keçirilib. Həmin ölkədən 22,6 min ABŞ dolları dəyərində 5,29 ton yoğurt idxal edilib.
Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (13 ölkədən) aldığı 3 min 408 ton yoğurtun 69,3 %-i Rusiyanın payına düşüb.