Azərbaycan daha bir ölkədən yoğurt tədarük etməyə başlayıb

Biznes
  • 20 iyun, 2023
  • 07:43
Azərbaycan daha bir ölkədən yoğurt tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 1,561 milyon ABŞ dolları dəyərində 952,14 ton yoğurt gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6 % çoxdur, kəmiyyət olaraq – 19 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 910 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 618,1 ton (-27 %), Belarusdan 415,3 min ABŞ dolları dəyərində (+30 %) 240,4 ton (-2 %), Türkiyədən 123,44 min ABŞ dolları dəyərində (+12 300 dəfə) 60,62 ton (+6 100 dəfə), Latviyadan 39,43 min ABŞ dolları dəyərində (+5,7 %) 19,13 ton (+26 %), Belçikadan 26 min ABŞ dolları dəyərində 4,67 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yunanıstandan (0,08 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.