Azərbaycan daha bir ölkədən xam şəkər tədarük etməyə başlayıb

Biznes
  • 19 fevral, 2025
  • 13:15
Azərbaycan daha bir ölkədən xam şəkər tədarük etməyə başlayıb

2024-cü ildə Azərbaycan 161 milyon ABŞ dolları dəyərində 273 843 ton xam şəkər idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 2 % azdır, kəmiyyət olaraq – 6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Braziliyadan 148,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4 % azdır) 255 580 ton (+5 %), Rusiyadan 11,7 milyon ABŞ dolları dəyərində (+26 %) 18 203 ton (+29 %), Kolumbiyadan 90 min ABŞ dolları dəyərində (+25 %) 45,6 ton (+21 %), Mavrikiyadan 29,1 min ABŞ dolları dəyərində (+96 %) 9,8 ton (+78 %), Birləşmiş Ərəb Əmirlikləri 8,5 min ABŞ dolları dəyərində (+4,8 dəfə) 1,9 ton (+3,7 dəfə) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tayvandan tədarük (2,8 min ABŞ dolları dəyərində 1,2 ton) həyata keçirilib.

2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 258,7 min ton xam şəkərin 94,5 %-i Braziliyanın payına düşüb.

44 filmi