Azərbaycan daha bir ölkədən ütü tədarük etməyə başlayıb

Biznes
  • 21 yanvar, 2025
  • 14:00
Azərbaycan daha bir ölkədən ütü tədarük etməyə başlayıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 7,1 milyon ABŞ dolları dəyərində 313 min 846 ədəd elektrik ütü idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çoxdur, kəmiyyət olaraq – 1,7 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 4,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 268 651 ədəd (+1,7 %), Fransadan 2,2 milyon ABŞ dolları dəyərində (-2 %) 34 062 ədəd (-4 %), İndoneziyadan 532 min ABŞ dolları dəyərində (+70 %) 5 742 ədəd (+18 %), Türkiyədən 137 min ABŞ dolları dəyərində (+17 %) 3 026 ədəd (+84 %), Misirdən 67,5 min ABŞ dolları dəyərində (-75 %) 2 196 ədəd (-72 %) ütü alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Argentinadan (0,1 min ABŞ dolları dəyərində 3 ədəd) tədarük həyata keçirilib.