Azərbaycan daha bir ölkədən şüşə tara almağa başlayıb

Biznes
  • 09 iyul, 2022
  • 12:15
Azərbaycan daha bir ölkədən şüşə tara almağa başlayıb

2022-ci ilin ilk 4 ayı ərzində Azərbaycana xaricdən 8,454 milyon ABŞ dolları dəyərində 47 954 min ədəd şüşə qablar (malların saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 45,3 %, kəmiyyət olaraq – 60 % çoxdur.

Hesabat dövründə Rusiyadan 6,564 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 29 % artıb) 37 533 min ədəd (+44,8 %), Gürcüstandan 645,02 min ABŞ dolları dəyərində 4 281 min ədəd (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 396,22 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 1 809 min ədəd (+2,4 dəfə), Qırğızıstandan 244,37 min ABŞ dolları dəyərində 334,46 min ədəd, Ukraynadan 150 min ABŞ dolları dəyərində (-51,8 %) 393,84 min ədəd (-71,3 %) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstandan tədarük həyata keçirilib.