Azərbaycan daha bir ölkədən sürtkü yağları almağa başlayıb

Biznes
  • 18 noyabr, 2022
  • 10:43
Azərbaycan daha bir ölkədən sürtkü yağları almağa başlayıb

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 25,159 milyon ABŞ dolları dəyərində 20 min 465 ton sürtkü yağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 41 % çoxdur, kəmiyyət olaraq – 5 % azdır.

Türkiyəyə 11,248 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 10 min 844 ton (+4,3 %), Ukraynaya 3,229 milyon ABŞ dolları dəyərində (-44,6 %) 2 min 470 ton (-66 %), Bosniya və Herseqovinaya 2,564 milyon ABŞ dolları dəyərində 1 min 936 ton (ilk dəfə tədarük olub), İraqa 2,542 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 1 min 755 ton (+2,9 dəfə), İtaliyaya 970,63 min ABŞ dolları dəyərində (+40,4 dəfə) 700,1 ton (+33,3 dəfə) məhsul satılıb.

Hesabat dövründə Azərbaycana 96,198 milyon ABŞ dolları dəyərində (+56,2 %) 48 min 700 ton (+76,2 %) sürtkü yağı idxal edilib.

Türkiyədən 26,255 milyon ABŞ dolları dəyərində (+77,5 %) 9 min 838 ton (+55,7 %), Rusiyadan 22,890 milyon ABŞ dolları dəyərində (+83,2 %) 19 min 131 ton (+2,3 dəfə), Almaniyadan 16,228 milyon ABŞ dolları dəyərində (+22,2 %) 4 min 328 ton (+15,2 %), Türkmənistandan 5,402 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 6 min 577 ton (+12 dəfə), Belçikadan 3,977 milyon ABŞ dolları dəyərində (+0,1 %) 1 min 228 ton (-12,6 %) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Albaniyadan tədarük həyata keçirilib. Həmin ölkədən 0,52 min ABŞ dolları dəyərində 0,11 ton sürtkü yağı gətirilib.