Azərbaycan daha bir ölkədən sistern tədarük etməyə başlayıb

Biznes
  • 12 oktyabr, 2022
  • 09:41
Azərbaycan daha bir ölkədən sistern tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana xaricdən 13,779 milyon ABŞ dolları dəyərində 1 min 314 ədəd sistern (yükün daşınması üçün yedək və yarımyedək) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 51,4 %, kəmiyyət olaraq – 42 % çoxdur.

Hesabat dövründə Almaniyadan 10,326 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50,6 % çoxdur) 1 min 020 ədəd (+43,3 %), Türkiyədən 1,689 milyon ABŞ dolları dəyərində (+51,6 %) 101 ədəd (+13,5 %), Polşadan 880,8 min ABŞ dolları dəyərində (+62,5 %) 90 ədəd (+70 %), Fransadan 274,6 min ABŞ dolları dəyərində (+17,4 %) 31 ədəd (+10,7 %), Avstriyadan 88,5 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 13 ədəd (+2,2 dəfə) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Meksikadan tədarük həyata keçirilib. Həmin ölkədən 13 min ABŞ dolları dəyərində 1 ədəd sistern idxal edilib.

44 - Tezliklə