Azərbaycan daha bir ölkədən sarıkök almağa başlayıb

Biznes
  • 24 fevral, 2025
  • 17:03
Azərbaycan daha bir ölkədən sarıkök almağa başlayıb

Ötən il Azərbaycan xarici ölkələrdən 1,15 milyon ABŞ dolları dəyərində 678,3 ton sarıkök idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Hindistandan 779 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 417 ton (+58 %), İrandan 308,5 min ABŞ dolları dəyərində (-10,5 %) 248 ton (-11 %), Türkiyədən 45 min ABŞ dolları dəyərində (-17 %) 4,84 ton (-38 %), Vyetnamdan 16,6 min ABŞ dolları dəyərində 8 ton, Birləşmiş Ərəb Əmirliklərindən 0,87 min ABŞ dolları dəyərində 0,6 ton məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan tədarük həyata keçirilib.