Azərbaycan daha bir ölkədən marqarin almağa başlayıb
- 13 iyun, 2025
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycana xaricdən 1,22 milyon ABŞ dolları dəyərində 844 ton marqarin (maye marqarindən başqa) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 75 %, kəmiyyət olaraq – 41 % çoxdur.
Hesabat dövründə Rusiyadan 1,16 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 68 % çoxdur) 796 ton (+34 %), Qazaxıstandan 56,55 min ABŞ dolları dəyərində 39,35 ton (bir il əvvəl tədarük olmayıb), Türkmənistandan 6 min ABŞ dolları dəyərində 5 ton və Türkiyədən 3,45 min ABŞ dolları dəyərində (-66 %) 3 ton (+88 %) məhsul alınıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistandan tədarük həyata keçirilib.