Azərbaycan daha bir ölkədən kondisioner tədarük etməyə başlayıb
- 03 iyul, 2023
- 07:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 12,65 milyon ABŞ dolları dəyərində 38 min 273 ədəd kondisioner gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27,8 %, kəmiyyət olaraq – 27 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 9,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % azdır) 29 min 755 ədəd (-23 %), Özbəkistandan 1,66 milyon ABŞ dolları dəyərində (+18,4 %) 5 min 577 ədəd (+3,3 %), Tailanddan 997 min ABŞ dolları dəyərində (-71 %) 2 min 575 ədəd (-67 %), Yaponiyadan 66 min ABŞ dolları dəyərində (+40,4 %) 114 ədəd (+41 %), Böyük Britaniyadan 65,5 min ABŞ dolları dəyərində (-40 %) 13 ədəd (-94,8 %) məhsul alınıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnamdan (49,1 min ABŞ dolları dəyərində 94 ədəd) tədarük həyata keçirilib.