Azərbaycan daha bir ölkədən kahı tədarük etməyə başlayıb

Biznes
  • 11 yanvar, 2024
  • 13:06
Azərbaycan daha bir ölkədən kahı tədarük etməyə başlayıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 558 min ABŞ dolları dəyərində 797 ton kahı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 555,45 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 793,5 ton (+27 %), Türkiyədən 2 min ABŞ dolları dəyərində (-49 %) 3,3 ton (-36 %), İtaliyadan 0,3 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 0,1 min ABŞ dolları dəyərində (-98 %) 0,02 ton (-99,9 %), Çindən 0,1 min ABŞ dolları dəyərində 0,02 ton kahı alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən tədarük həyata keçirilib.