Azərbaycan daha bir ölkədən elektrikli velosiped tədarük etməyə başlayıb
- 13 may, 2025
- 16:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 401,4 min ABŞ dolları dəyərində 1 087 ədəd elektrik mühərrikli velosiped idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 dəfə, kəmiyyət olaraq – 16 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana Çindən 370 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 11 dəfə çox) 1 035 ədəd (+15 dəfə), Türkiyədən 27,7 min ABŞ dolları dəyərində (+70 dəfə) 51 ədəd (+51 dəfə) və Tailanddan 3,6 min ABŞ dolları dəyərində 1 ədəd elektrikli velosiped alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tailanddan tədarük həyata keçirilib.