Azərbaycan daha bir ölkədən dondurma tədarük etməyə başlayıb

Biznes
  • 25 oktyabr, 2022
  • 08:54
Azərbaycan daha bir ölkədən dondurma tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 5,759 milyon ABŞ dolları dəyərində 1 min 115 ton dondurma gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,7 % çoxdur, kəmiyyət olaraq – 7 % azdır.

Türkiyədən 3,284 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16,2 % çoxdur) 549,1 ton (+15,3 %), Rusiyadan 1,618 milyon ABŞ dolları dəyərində (-3,7 %) 358,44 ton (-16,4 %), Ukraynadan 429,92 min ABŞ dolları dəyərində (+33,7 %) 115,64 ton (-3 %), Belarusdan 120,89 min ABŞ dolları dəyərində (-19,4 %) 30,3 ton (-30,8 %), Xorvatiyadan 72,53 min ABŞ dolları dəyərində (-38,2 %) 26,39 ton (-39,5 %) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Serbiyadan tədarük həyata keçirilib. Həmin ölkədən 1,41 min ABŞ dolları dəyərində 0,3 ton dondurma idxal edilib.