Azərbaycan daha bir ölkədən avtomobil almağa başlayıb
- 18 fevral, 2026
- 11:54
Ötən il Azərbaycana 648,65 milyon ABŞ dolları dəyərində 37 min 549 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) idxal edilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 29 % azdır.
Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 113,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 48 % çox) 11 min 131 ədəd (-46 %), Yaponiyadan 97,7 milyon ABŞ dolları dəyərində (-37 %) 2 min 151 ədəd (-62 %), Böyük Britaniyadan 91,1 milyon ABŞ dolları dəyərində (+31 %) 1 min 668 ədəd (-2 %), Almaniyadan 80,6 milyon ABŞ dolları dəyərində (-5 %) 3 min ədəd (-31 %), Amerika Birləşmiş Ştatlarından 72 milyon ABŞ dolları dəyərində (+3 %) 7 min 959 ədəd (-5 %) avtomobil alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Reyunyon adasından tədarük (54,2 min ABŞ dolları dəyərində 3 ədəd) həyata keçirilib.