Azərbaycan daha bir ölkədən alüminium almağa başlayıb

Biznes
  • 22 aprel, 2025
  • 16:51
Azərbaycan daha bir ölkədən alüminium almağa başlayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 8,5 milyon ABŞ dolları dəyərində 3 222 ton alüminium (emal olunmamış) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 dəfə çoxdur, kəmiyyət olaraq – 3,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 7,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,2 dəfə çox) 2 725 ton (+3 dəfə), Hindistandan 1,1 milyon ABŞ dolları dəyərində 399 ton, İrandan 266,6 min ABŞ dolları dəyərində 97,7 ton (bir il əvvəl tədarük olmayıb) və Türkiyədən 0,1 min ABŞ dolları dəyərində 0,02 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan tədarük həyata keçirilib.

44 - Tezliklə