Azərbaycan daha bir körfəz ölkəsinə avtomobil ixrac etməyə başlayıb

Biznes
  • 11 yanvar, 2022
  • 08:21
Azərbaycan daha bir körfəz ölkəsinə avtomobil ixrac etməyə başlayıb

Ötən ilin ilk 10 ayı ərzində Azərbaycan 2,769 milyon ABŞ dolları dəyərində 38 ədəd minik avtomobili ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə müvafiq olaraq 4,9 dəfə və 2,9 dəfə çoxdur.

Mühərrikinin həcmi 1 500-3 000 kubsantimetr olan, qığılcımla alışan daxili yanma mühərrikli (DYM) avtomobil

Hesabat dövründə bu kateqoriyadan olan avtomobillərin tədarükü dəyər ifadəsində 63,64 %, kəmiyyət olaraq – 53,64 % artıb. İki il 11 aylıq aradan sonra Türkiyəyə, 1 il 10 aylıq fasilənin ardından Rusiyaya tədarük bərpa edilib. İlk dəfə olaraq Qətərə ixrac həyata keçirilib.

2021-ci ilin yanvar-oktyabr aylarında yuxarıdakı mal təsnifatına aid avtomobilləri ixrac etdiyimiz ölkələr:

Ölkə

Həcm, ədəd

İllik dinamika

Dəyər, min ABŞ dolları

İllik dinamika

Birləşmiş Ərəb Əmirlikləri

7

16,7 %

253,55

8,54 %

Rusiya

4

-

144

-

Qətər

3

-

35,79

-

Türkiyə

2

-

78

-

Ukrayna

1

0 %

15

50 %

Almaniya

1

0 %

40,82

-23,76

Mühərrikinin həcmi 3 000 kubsantimetrdən çox olan, qığılcımla alışan DYM-li minik avtomobili

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 2,202 milyon ABŞ dolları dəyərində 20 ədəd bu cür avtomobil göndərilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 11,3 dəfə, kəmiyyət olaraq – 10 dəfə artıb. İki il 8 aylıq aradan sonra Türkiyəyə, bir il 11 aylıq fasilənin ardınan Rusiyaya, bir il 3 aydan sonra isə Almaniyaya tədarük bərpa edilib. Ötən il ilk dəfə olaraq Qətərə tədarükə başlanılıb.

2021-ci ilin yanvar-oktyabr aylarında yuxarıdakı mal təsnifatına aid avtomobilləri ixrac etdiyimiz ölkələr:

Ölkə

Həcm, ədəd

İllik dinamika

Dəyər, min ABŞ dolları

İllik dinamika

Almaniya

6

-

901,53

-

Birləşmiş Ərəb Əmirlikləri

5

5 dəfə

825,3

5,5 dəfə

Qətər

6

-

440,68

-

Rusiya

2

-

28

-

Türkiyə

1

-

6

-