Azərbaycan daha bir Avropa ölkəsinə şüşə tara tədarük etməyə başlayıb
- 01 mart, 2023
- 08:43
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci il ərzində Azərbaycana 35 milyon ABŞ dolları dəyərində 180 milyon ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 67 %, kəmiyyət olaraq – 51 % çoxdur.
Azərbaycan Rusiyadan 29,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 70 % çoxdur) 150 milyon ədəd (+58 %), Gürcüstandan 2,11 milyon ABŞ dolları dəyərində (+95 %) 13,64 milyon ədəd (+79 %), Türkiyədən 1,42 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 5,74 milyon ədəd (+59 %), Ukraynadan 364,4 min ABŞ dolları dəyərində (-68 %) 1,02 milyon ədəd (-78 %), Qırğızıstandan 329 min ABŞ dolları dəyərində 443 min ədəd (ilk dəfə tədarük edilib) məhsul alıb.
Hesabat dövründə Azərbaycan 321,4 min ABŞ dolları dəyərində (+29,4 %) 2,65 milyon (+19 %) ədəd şüşə tara ixrac edib.
Gürcüstana 140,32 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 274 min ədəd (+3,2 dəfə), Rusiyaya 122 min ABŞ dolları dəyərində (-29 %) 2,24 milyon ədəd (+9,6 %), Moldovaya 46,42 min ABŞ dolları dəyərində 82,6 min ədəd, Türkiyəyə 12,4 min ABŞ dolları dəyərində (+1 235 dəfə) 52,2 min ədəd (+2 608 dəfə), Almaniyaya 0,29 min ABŞ dolları dəyərində 0,63 min ədəd məhsul satılıb.
Azərbaycandan Almaniyaya, İtaliyaya (0,06 min ABŞ dolları dəyərində 0,2 min ədəd) və Moldovaya ixrac bərpa edilib. Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyaya (0,15 min ABŞ dolları dəyərində 0,89 min ədəd) tədarük həyata keçirilib.