Azərbaycan daha 3 ölkəyə naviqasiya cihazları satmağa başlayıb

Biznes
  • 01 iyun, 2023
  • 12:04
Azərbaycan daha 3 ölkəyə naviqasiya cihazları satmağa başlayıb

Bu ilin I rübündə Azərbaycandan xarici ölkələrə 791 min ABŞ dolları dəyərində 35 ədəd naviqasiya cihazı və aləti (aeronaviqasiya və kosmiknaviqasiya üçün cihazlar da daxildir) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 42 dəfə, kəmiyyət olaraq – 18 dəfə çoxdur.

Azərbaycan Böyük Britaniyaya 613,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 dəfə çoxdur) 19 ədəd (+8,5 dəfə), Fransaya 132 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb), Malayziyaya 40 min ABŞ dolları dəyərində 4 ədəd, Rusiyaya 2,75 min ABŞ dolları dəyərində 5 ədəd (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarına 2,6 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb), Litvaya 0,65 min ABŞ dolları dəyərindən 1 ədəd və Lüksemburqa 0,23 min ABŞ dolları dəyərində 2 ədəd məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litva, Lüksemburq və Malayziyaya tədarük həyata keçirilib.

44 - Tezliklə