Azərbaycan daha 3 ölkədən naviqasiya cihazı idxal etməyə başlayıb
- 14 mart, 2023
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycana 3,3 milyon ABŞ dolları dəyərində 323 ədəd naviqasiya cihazı və aləti (aeronaviqasiya və kosmiknaviqasiya üçün cihazlar da daxildir) idxal edilib.
Hesabat dövründə Fransadan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 21 ədəd (+91 %), Amerika Birləşmiş Ştatlarından 633 min ABŞ dolları dəyərində (-41 %) 43 ədəd (+2,4 dəfə), Rusiyadan 180 min ABŞ dolları dəyərində (-70 %) 19 ədəd (-62 %), Böyük Britaniyadan 166 min ABŞ dolları dəyərində (-94 %) 23 ədəd (-81 %), İsveçrədən 135 min ABŞ dolları dəyərində (-38 %) 2 ədəd (-33,3 %) cihaz alınıb.
Azərbaycana İsveçdən (1,8 min ABŞ dolları dəyərində 7 ədəd), Litvadan (18,5 min ABŞ dolları dəyərində 1 ədəd), Malayziyadan (90,3 min ABŞ dolları dəyərində 1 ədəd), Tayvandan (Çinin əyaləti) (2,42 min ABŞ dolları dəyərində 1 ədəd) və Türkiyədən (3,1 min ABŞ dolları dəyərində 18 ədəd) tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstriyadan (1,26 min ABŞ dolları dəyərində 1 ədəd), Meksikadan (19 min ABŞ dolları dəyərində 1 ədəd) və Ukraynadan (10 min ABŞ dolları dəyərində 2 ədəd) idxal həyata keçirilib.