Azərbaycan Çinə polietilen satışını bərpa edib

Biznes
  • 20 may, 2025
  • 11:40
Azərbaycan Çinə polietilen satışını bərpa edib

Bu ilin I rübündə Azərbaycan 33,7 milyon ABŞ dolları dəyərində 29 305 ton polietilen ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 9 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 24,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 32 % çoxdur) 20 358 ton (+20 %), Çinə 2,5 milyon ABŞ dolları dəyərində 2 633 ton, Belarusa 2,1 milyon ABŞ dolları dəyərində (-2 %) 1 755 ton (-17 %), Türkiyəyə 2 milyon ABŞ dolları dəyərində (+93 %) 2 250 ton (+86 %), Ukraynaya 1,7 milyon ABŞ dolları dəyərində (-54 %) 1 659 ton (-59 %) məhsul satıb.

Azərbaycan 1 il 2 aylıq fasilənin ardından Çinə polietilen tədarükünü bərpa edib.

44 - Tezliklə