Azərbaycan Çindən yemiş alışını 198 dəfə artırıb

Biznes
  • 11 iyul, 2025
  • 12:55
Azərbaycan Çindən yemiş alışını 198 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 22,8 min ABŞ dolları dəyərində 26,9 ton yemiş idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 62 % azdır.

Hesabat dövründə Azərbaycan Braziliyadan 8,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 89 % çoxdur) 8,3 ton (+88 %), İrandan 6,4 min ABŞ dolları dəyərində (-84 %) 9,2 ton (-84 %), Türkiyədən 3,1 min ABŞ dolları dəyərində (-36 %) 4,5 ton (-36 %), Kosta-Rikadan 2,9 min ABŞ dolları dəyərində (+15 dəfə) 2,9 ton (+15 dəfə) və Çindən 2 min ABŞ dolları dəyərində (+20 dəfə) 2 ton (+198 dəfə) yemiş alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 177 ton yemişin 54 %-i İranın payına düşüb.

44 - Tezliklə