Azərbaycan Çindən xardal idxalını bərpa edib
- 31 yanvar, 2025
- 05:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 339 min ABŞ dolları dəyərində 120,4 ton xardal tozu və hazır xardal idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 29 % çoxdur.
Hesabat dövründə Azərbaycan Böyük Britaniyadan 95,32 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 113 dəfə çoxdur) 7,98 ton (+114 dəfə), Rusiyadan 90 min ABŞ dolları dəyərində (+22 %) 66 ton (+29 %), Niderlanddan 61,5 min ABŞ dolları dəyərində (-10 %) 20,25 ton (+1,4 %), Amerika Birləşmiş Ştatlarından 33,9 min ABŞ dolları dəyərində (+55 %) 10,8 ton (+64 %), Belarusdan 13,84 min ABŞ dolları dəyərində (+40 %) 6,44 ton (+46 %) məhsul alıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Çindən (0,3 min ABŞ dolları dəyərində 0,06 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 114 ton xardalın 51,8 %-i Rusiyanın payına düşüb.