Azərbaycan Çindən toxumsəpən maşın alışını bərpa edib

Biznes
  • 01 may, 2025
  • 15:48
Azərbaycan Çindən toxumsəpən maşın alışını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 77 ədəd toxumsəpən maşın idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 715,9 min ABŞ dolları dəyərində 32 ədəd, Türkiyədən 300 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4,4 dəfə çox) 40 ədəd (+5 dəfə), İtaliyadan 151,85 min ABŞ dolları dəyərində (+5 dəfə) 3 ədəd (+3 dəfə) və İrandan 33 min ABŞ dolları dəyərində 2 ədəd (bir il əvvəl tədarük olmayıb) toxumsəpən maşın alıb.

Azərbaycan 1 il 7 aylıq aradan sonra Çindən toxumsəpən maşınların tədarükünü bərpa edib.