Azərbaycan Çindən suxarı idxalını bərpa edib

Biznes
  • 09 dekabr, 2024
  • 11:29
Azərbaycan Çindən suxarı idxalını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 858 min ABŞ dolları dəyərində 434 ton suxarı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 %, kəmiyyət olaraq – 11 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 496 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 231 ton (+32 %), Türkiyədən 190 min ABŞ dolları dəyərində (-30 %) 48 ton (-26 %), İrandan 108 min ABŞ dolları dəyərində (-41 %) 135 ton (-38 %), Ukraynadan 35 min ABŞ dolları dəyərində (-41 %) 12,8 ton (-43 %), Belarusdan 8,9 min ABŞ dolları dəyərində (+2 dəfə) 3,6 ton (+90 %) məhsul alıb.

Azərbaycan 3 il 5 aylıq fasilənin ardından Çindən (4,3 min ABŞ dolları dəyərində 1,8 ton) tədarükü bərpa edib.